Atasız böyüyən 19 yaşlı şəhid İdrət

05 Mrt 2021 18:05
1316

İdrət İbi oğlu Abdulov 05 oktyabr 2001-ci ild Lerik rayonunun Orand kəndində anadan olub. 2 qardaş olmaqla ailədə 4 nəfər olublar. İdrət evin böyük uşaqı olub. Uşaqlıq illərini doğulduğu kənddə keçirib. İdrət hələ körpə olarkən atasını itirir. İdrətin qardaşı da ruhi xəstədir. 2008-ci ildə Lerik rayon şəhid Əhəd Rzayev adına Orand kənd tam orta məktəbin 1-ci sinfinə gedib və 2019-cu ildə həmin məktəbin 11-ci sinfini başa vurub. Təhsilini başa vurduqdan sonra həmin ilin oktyabr aynın 2-də Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb və Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissəyə göndərilib. 

İdrət 2020-ci il 27 sentyabrdan etibarən başlayan və 44 gün davam edən II Qarabağ müharibəsinin ilk günündən döyüşdə iştirak edir, böyük şücaət və qəhrəmanlıqlar göstərir. Düşmənə sarsıdıcı zərbələr endirməklə və xeyli sayda canlı qüvvəsini məhv etməklə adını qızıl hərfərlə tarixə yazır. Düşmənə sinə gərən igiq İdrət 29 oktyabr 2020-ci il tarixində canından və qanından keçməklə Tərtər istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olur. Şəhidin nəşi səhərisi gün doğulduğu kəndə gətirilir və böyük izdihamla kənd qəbiristanlığında torpağa tapşırılır. 

Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Lerik rayonunun Orand kəndində anadan olan əsgər İdrət İbi oğlu Abdulov ölümündən sonra "Laçının azad olumasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilir. Allah rəhmət eləsin. Vətən sağ olsun! 
                     Ambur.az

Oxşar xəbərlər