Aydın Baxşıyev -BALOĞLANIN SORAĞINDA

03 May 2021 10:19
120

Ay havada uçan quşlar,
Zülm əlindən qaçan quşlar,
Baloğlanın sorağına
Yurdumuza köçən quşlar!..


Qara bulud ölkəm üstə,
Ürəklərdə qəmdir, qüssə.
Aşiqlərin gözü yaşlı
Dərd içində, vermir busə.


Səhnəmizin şahı getdi,
Mahnıların şanı getdi.
Körpələrə lay-lay deyən
Anaların canı getdi.


Saraldı, ah, qızıl gülüm,
Nəğmə demir şən bülbülüm.
Səsi röya,bal Oğlanın
Məlhəm idi hər könülün.


Neçə qəlbə sitəm oldu,
Göz ağladı, sinə doldu.
Nəğməsinin şərbətinə
Məst olmadı, simə qondu.


Vağzalıya toya gəlin,
Qoy oynasın bəylə gəlin.
Baloğlansız uçub köçmək!
Dadı varmı, söylə, gəlin!..


Vətənmizin çox qeyrətli,
Toy-düyünü lap heyrətli,
Nəğməli bir könül köçdü.
Bu dünyada ən hörmətli!


Rahat uyu, can, Baloğlan,
Ürəklərdə, qan, Baloğlan,
Xalqımıza, san, Baloğlan,
Nəğmələri, şan, Baloğlan!
Könüllərdə, qal, Baloğlan!.. 

          Aydın BAXŞIYEV_08 aprel 2021

Oxşar xəbərlər