Ayətullah Xamenei ilə Ərdoğanın görüşündə Fələstin, Suriya və Qarabağ barədə fikir mübadiləsi aparılıb

19 İyl 2022 15:20
120

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İrana səfəri çərçivəsində Ayətullah Xamenei ilə görüşüb. Bu görüşdə Suriya, Fələstin və Qarabağ barədə fikir mübadiləsi aparılıb.

Ambur.az bildirir ki, bunu İnterAz İran mətbuatına istinadən xəbər verir.

Bildirilib ki, Ayətullah Xamenei Rəcəb Tayyib Ərdoğanla görüşdə Türkiyə prezidentini Suriyada hərbi əməliyyata başlamamağa çağırıb.

Ayətullah Xamenei belə bir hücumun Türkiyə, Suriya və regionun ziyanına, eyni zamanda da terrorçuların xeyrinə olacağını bildirib.

Ayətullah Xamenei son zamanlarda İsraillə yaxınlaşan müsəlman dövlətlərin siyasətinə irad tutub, Təl-Əvivə və ABŞ-a arxalanmağın mənfi cəhətlərindən danışıb.

O bildirib ki, yekunda məzlum və müqavimətli Fələstin xalqı qələbə çalacaq.

Azərbaycan Respublikasının Qarabağda işğal edilmiş əraziləri geri almasından məmnun olduğunu deyən Ayətullah Xamenei “İranla Ermənistanın yolunu bağlamaqla bağlı siyasətin ola biləcəyindən” söz açıb və İranın bunun əleyhinə olduğunu deyib.

Ayətullah Xamenei Türkiyə prezidentinə deyib:
“Biz həmişə sizin hökumətinizi daxildəki məsələlərdə dəstəkləmiş, xaricdən edilən müdaxilələrdə də sizi müdafiə etmişik. Sizin bildirdiyiniz kimi biz çətin günlərin dostlarıyıq. Biz müsəlman Türkiyə xalqı üçün dua edirik.”

Oxşar xəbərlər