Azər BANDOJ: Ya Əli səndən mədəd

26 Fev 2021 08:45
342

Əl-mədəd, kani-səxavət ya Əli səndən mədəd.
Ey şəfi-ruzi-qiyamət ya Əli səndən mədəd.


Yoxdu mislin, söyləsəm şirk etmərəm bu zikrdə,
Ey olan ismi ibadət ya Əli səndən mədəd.


Şadlığından çat verdi sineyi-beytül-hərəm,
Sən edən dəmdə viladət, ya Əli, səndən mədəd.


Məkkəyə haci gedib pərvanə tək dövr eyləyər,
Başuvə, Şahi-vilayət ya Əli səndən mədəd.


Qə'leyi-Xeybər nədir, fəth eylədin aləmləri,
Fatehi-kulli-fəzilət ya Əli səndən mədəd.


Ənbiyalər, övliyalər qıldılar tə'zim sənə,
Ey Xuda təxtində zinət ya Əli səndən mədəd.


Paymal olmuş, ümid yox, dinimiz, əhkamımız,
Sahibi-dinü şəriət ya Əli səndən mədəd.


Kim hidayət istəsə vacibdi tutsun damənin,
Ey Vəli, nuri-hidayət ya Əli səndən mədəd.


Gəldi Bandoj kuyinə səndən şəfaət istəyə,
Qılginən lütfi-şəfaət ya Əli səndən mədəd.

                    Azər BANDOJ

Oxşar xəbərlər