Azərbaycan daha 15 erməni hərbçinin meyitini Ermənistana TƏHVİL VERDİ

19 Mrt 2021 14:49
209

Azərbaycan tərəfi Qarabağdakı hərbi əməliyyatlar zamanı cəbhənin Füzuli rayonu istiqamətində məhv edilmiş daha 15 erməni hərbi qulluqçunun meyitinin qalıqlarını Ermənistan tərəfinə təhvil verib.


Ambur.az Modern.az-a istinadən xəbər verir ki, meyitlərin təhvil proses bu gün – martın 19-da baş tutub.


Ermənistan tərəfindən verilən məlumata görə, meyit qalıqları tanınmaz halda olduğundan onların kimlikləri məhkəmə ekspertizasından sonra müəyyənləşəcək. 


Beləliklə, 13 noyabr 2020-ci ildən bu günə qədər Azərbaycanın işğaldan azad edilmiş ərazilərindən tapılmış erməni hərbçilərinə məxsus meyitlərin ümumi sayı 1518-ə çatıb.

Oxşar xəbərlər