Azərbaycan əhalisi bu il 1,6 milyard manatlıq yanacaq alıb

10 Sen 2021 08:38
220

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 1 609,7 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.

Ambur.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 % çoxdur.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 6,1%-i avtomobil benzini və dizel yanacağının payına düşüb.

Oxşar xəbərlər