Azərbaycan güləşçisi erməniyə qalib gələrək dünya çempionu olub

22 Avq 2021 14:28
238

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Rusiyanın Ufa şəhərində gənclər arasında dünya çempionatında final görüşünə çıxıb.

Ambur.az-ın "Report"-a istinadən məlumatına görə, 67 kq-da mübarizə aparan idmançı qızıl medal uğrunda qarşılaşmada Ermənistan təmsilçisi Sahak Hovannisyanla üz-üzə gəlib.

Rəqibinə heç bir şans verməyən Cəfərov 7:0 hesabı ilə qalib gələrək, dünya çempionu olub.

60 kq çəki dərəcəsindəki Nihat Məmmədli bürünc medal görüşündə özbəkistanlı Şerməhəmməd Şaribcanovu 5:1 hesabı ilə məğlub edib və fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

72 kq-da çıxış edən Xasay Həsənli isə ermənistanlı Şant Xaçatryana uduzaraq, bürünc medal şansını əldən verib.

Oxşar xəbərlər