Azərbaycan ordusunun hərbçisi qəzada ölüb - FOTO

10 İyl 2022 11:30
93

İyulun 9-u axşam saatlarında baş vermiş avtoqəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Tağıyev Novruz Tağı oğlunun həlak olması ilə bağlı məlumatı təsdiq edirik.

Ambur.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir.

Allah rəhmət eləsin!

Oxşar xəbərlər