Azərbaycan, Rusiya, İran və Qazaxıstan Xəzərdə birgə təlim keçirəcək

31 Avq 2021 09:58
162

Azərbaycan, Rusiya, İran və Qazaxıstan Xəzər dənizində birgə təlim keçirəcək.

Ambur.az İnterAz-a istinadən, bu barədə Rusiyanın Xəzər Hərbi Donanması komandanının müavini kontr-admiral Sergey Yekimov bildirib. 

O qeyd edib ki, “Beynəlxalq Ordu Oyunları-2021” yarışları çərçivəsində İranda keçirilən “Dəniz kuboku” müsabiqəsi başa çatandan sonra Rusiya, Azərbaycan, İran və Qazaxıstandan olan iştirakçılar Xəzər dənizində birgə təlim keçirəcək.

Oxşar xəbərlər