Azərbaycan, Rusiya və Ermənistan liderləri bu tarixdə görüşəcək - Kreml açıqladı

23 Noy 2021 16:56
14

Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında üçtərəfli görüşün tarixi və yeri açıqlanıb.

Ambur.az Kremlə istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş noyabrın 26-sı Soçidə baş tutacaq. 

Bununla yanaşı, Vladimir Putinin İlham Əliyev və Nikol Paşinyanla ayrılıqda da görüş keçirəcəyi gözlənilir.

Oxşar xəbərlər