Azərbaycan sərhədini pozan ermənilərə cəza verildi

29 İyl 2021 14:01
67

Azərbaycan dövlət sərhədini pozan Ermənistan vətəndaşlarından ibarət bir qrupun - Astanyan Yeqiş Oqanesoviç, Aramyan Karen Armenoviç, Avakyan Tiqran Manikoviç, Qevorkyan Qriqor Qevorqiyeviç, Manukyan Ovsep Robertoviç, Martirosyan Gevorg Samueloviç, Qevorkyan Robert Ovikoviç, Avetisyan Vaqarşak Aşotoviç, Akopyan Volodiya Qaqiqoviç, Sukiasyan Andranik Srapoviç, Manukyan Andranik Tiqranoviç, Saqateryan Qriqor Seyranoviç və Giraqusyan Eduard Armenoviçin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Ambur.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxslərin hər biri 6 il müddətinə azadlıqdan məhrum ediliblər.

Onlar Cinayət Məcəlləsinin 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə təqsirli biliniblər.

Onlara təyin olunmuş cəzalarının başa çatdıqdan sonra Azərbaycan hüdudlarından kənara məcburi qaydada çıxarılmalarının təmin olunması barədə hökm elan edilib.

Oxşar xəbərlər