“Azərbaycan Uşaqları“ Birliyinin sədri Lənkəranda gənc müğənnini təltif edib - Foto

02 Okt 2022 19:10
186

Azərbaycan Uşaqları Birliyinin sədri Kəmalə Ağazadə LDU-nəzdində Sosial Aqrar-Texnoloji Kollecin tələbəsi, ictimai fəal, 3 dəfə respublika mahnı müsabiqəsinin qalibi, gənc müğənni Allahverən Pərviz oğlu ilə görüşüb. 

Bu barədə ambur.az-a gənc müğənni özü məlumat verib.

O, bildirib ki, görüş zamanı K.Ağazadə onun fəaliyyəti ilə yaxından maraqlanıb və ona "ifalarınızı dinləmişəm, gözəl səsiniz var. İnşallah o gözəl səsinizlə ölkə başçısının qarşısında da çıxış edərsiniz", -deyib.

Sonra Birliyin sədri Kəmalə Ağazadə gənc müğənnini "Təhsil və raradıcılıq uğurlarına görə" sertifikat ilə təltif edib.

Sonda Allahverən Pərvizoğluna uğurlar arzulayıb və xatirə şəkli çəkdirib.

Oxşar xəbərlər