“Azərbaycan yeni minaaxtaran robotlar alacaq“ - Kəmaləddin Heydərov

12 Dek 2021 09:11
350

"Azərbaycan azad olunan ərazilərdə təmizləmə işləri üçün yeni mina axtaran robotlar alacaq".

Ambur.az-ın "Report"-a istinadən xəbərinə görə, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda minaaxtaran mütəxəssislərin sayının artırılması prosesi də davam etdirilir: "Ermənilər həmin ərazilərdə çoxsaylı minalar basdırıblar. Bu ərazilər tez bir zamanda təmizlənməlidir ki, quruculuq abadlıq işləri də sürətləndirilsin. Hazırda minaaxtaran cihazlarla yanaşı həmçinin, minaaxrştaran robotların da alınması ilə bağlı işlər aparılır. Bu işləri Fövqaladə Hallar Nazirliyi ANAMA və Müdafiə Nazirliyi ilə birgə aparır. Bunula bağlı sürətli işlər görülür, məsələlər müzakirə edilir".

Nazir bildirib ki, ərazidə ərazi yaşıllıq olduqca mina axtarması çətinləşir. Amma artıq payız-qış mövsümüdür, otlar quruyur və mina axtarışları sürətləndirilib.

Oxşar xəbərlər