Azərbaycanda 15 yaşlı qızı 30 yaşlı kişiyə ərə verdilər- Video

13 İyl 2021 08:51
181

Sosial şəbəkələrdə Şəkinin Kiçik Dəhnə kəndində 15 yaşlı qızın ərə verilməsi ilə bağlı videogörüntülər yayılıb.

Ambur.az xəbər verir ki, DİN-in Mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, yayılan görüntülər əsasında Polis Şöbəsində dərhal araşdırmalara başlanılıb:

“Araşdırma zamanı 2005-ci il təvəllüdlü M.H. ilə 1991-ci il təvəllüdlü M.S.-nin evləndirilməsi faktı öz təsdiqini tapıb. Yeniyetmənin valideynləri polisə dəvət olunub və onların izahatları alınıb”.

Hazırda Şəki ŞRPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Oxşar xəbərlər