Azərbaycanda atalara ödənişli məzuniyyət verilməsi təklif edilir

24 Dek 2021 15:12
211

Azərbaycanda həyat yoldaşının uşaq dünyaya gətirməsi ilə əlaqədar atalara verilən 14 günlük ödənişsiz məzuniyyətin ödənişli əsaslarla olması təklif edilir.

Ambur.az-ın “Report”a istinadən xəbərinə görə, bu, “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı”nda əksini tapıb.

Bundan əlavə, seksual qısnamaya, ayrı-seçkiliyi əks etdirən iş elanlarına görə sanksiyaların müəyyən edilməsi üçün qanunvericiliyə dəyişikliklərin edilməsi də təklif olunur.
 

Oxşar xəbərlər