Azərbaycanda bu il kreditləşmənin ən çox artdığı sahələr açıqlanıb

04 May 2021 13:44
8

Bu ilin I rübü ərzində Azərbaycanda kredit qoyuluşlarının gözəçarpan artımı əsasən real sektorun energetika, mədənçıxarma, kimya və təbii ehtiyatlar və kənd təsərrüfatı sahələrində müşahidə olunub.

Ambur.az Apa-ya istinadən xəbər verir ki, aprelin 1-nə energetika sektorunun kreditləşməsi 769 mln. manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 46,6% çoxdur. İnşaat və tikinti sektoruna kredit qoyuluşlarının həcmi isə 681,5 mln. manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 38,2% çoxdur.

Qeyd edək ki, bu il kredit qoyuluşlarının əhəmiyyətli dərəcədə azaldığı sektor isə sənaye və istehsal sektoru (920 mln. manat, 26,4% azalma) olub. Digər sektorlarda dəyişmə cüzi olub. Belə ki, ticarət və xidmət sektorunun (2,517 mlrd. manat) kreditləşməsi 3,5%, maliyyə sektorunun (456,5 mln. manat) 3,4% azalıb, kənd təsərrüfatı sektorunun kreditləşməsi (570,9 mln. manat) 0,8%, nəqliyyat və rabitə sektorunda bu göstərici (854,2 mln. manat) 0,7%, ev təsərrüfatlarına verilən kreditlər (6,869 mlrd. manat) 2,4% artıb.

Oxşar xəbərlər