Azərbaycanda son sutkada 3000-dən çox yoluxma və 30 nəfərdən çox ölüm faktı qeydə alınıb

24 Avq 2021 18:45
140

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3583 yeni yoluxma faktı qeydə alınıb, 1644 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Ambur.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 30 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 398 034 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 348 454 nəfər müalicə olunaraq sağalıb, 5 370 nəfər vəfat edib, aktiv xəstə sayı 44 210 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 508, ötən müddət ərzində isə ümumilikdə 4 344 428 test aparılıb.

Oxşar xəbərlər