Azərbaycanla Yaponiya arasındakı əməkdaşlıq məsələləri müzakirə olunub

01 Apr 2021 10:49
188

Azərbaycanın Yaponiyadakı səfiri Gursəl İsmayılzadə həmin ölkənin Müşavirlər Palatasının (House of Councillors) üzvü Kentaro Asahi ilə görüşüb.

Ambur.az “Report”-a istinadən xəbər verir ki, Azərbaycanın Tokiodakı səfirliyindən verilən məlumata görə, tərəflər iki ölkə arasındakı əməkdaşlığın cari vəziyyəti və qarşıdakı dövrdə inkişafı ilə bağlı məsələləri müzakirə ediblər.

Həmçinin Tokioda keçirilməsi nəzərdə tutulan Olimpiya və Paralimpiya Oyunları ilə bağlı da fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər