“Azəriqaz” Lənkəranda sahibkarlarla görüş keçirəcək - ELAN

30 Noy 2021 12:47
79

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası bu dəfə Lənkəran rayonunda təşkil olunacaq.

Ambur.az-ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, "Azəriqaz"ın rəhbər şəxsləri Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsində (Mədəniyyət evinin qarşısı) baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.

“Səyyar qəbul otağı” dekabrın 2-də saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək. “Azəriqaz” İB ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

Oxşar xəbərlər