İraqın paytaxtı Bağdad şəhərində koronaviruslu xəstələrin müalicə olunduğu İbn əl-Xətib xəstəxanasında baş vermiş yanğın nəticəsində azı 82 nəfər həyatını itirib, 110 nəfər xəsarət alıb.
Ambur.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “Baghdad Al Youm” xəbər portalı ölkənin Daxili İşlər Nazirliyinə istinadən bildirib.
Məlumata əsasən, İbn əl-Xətib xəstəxanasının reanimasiya şöbəsində, ağciyəri zədələnmiş ağır xəstələri oksigenlə təchiz edən balonların olduğu anbarda partlayış olub. Partlayışdan sonra yanğın başlayıb, bina tamamilə yanıb.
İraq Baş naziri Mustafa əl-Kazımi artıq baş verənlərin hərtərəfli araşdırılmasını əmr edib, ölkədə üçgünlük matəm elan edilib.