Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən “Əli və Nino” əsəri udi, talış və ləzgi dilinə çap edilib

20 Dek 2021 16:14
751

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən görkəmli Azərbaycan yazıçısı Qurban Səidin “Əli və Nino” əsəri udi, talış və ləzgi dilinə çap edilib.

Ambur.az-ın məlumatına görə, bu barədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəsmi "Facebook" səhifəsində paylaşılıb: 

"Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycanda yaşayan xalqların mədəniyyətinin, dilinin və adət-ənənəsinin qorunması istiqamətində müxtəlif layihələr həyata keçirir. Bu günlərdə layihə çərçivəsində görkəmli Azərbaycan yazıçısı Qurban Səidin Avropanın və ABŞ-ın tanınmış ədəbi tənqidçiləri tərəfindən XX əsrin ən yaxşı romanlarından biri kimi qiymətləndirilən “Əli və Nino” əsəri üç - udi, talış və ləzgi dilinə tərçümə edilərək çap edilib. Bu kitab ədəbiyyatımızın ən məşhur və qalmaqallı əsərlərindən biridir. Dünyanın 33 dilinə tərcümə olunub və 66 ölkədə nəşr edilib".

Oxşar xəbərlər