Bakı qəsəbələrinin abadlaşdırılması planı - turizm imkanları genişlənir

20 Apr 2021 09:34
54

Bu il Maştağa, Buzovna və Mərdəkanda da işlərə başlanacaq

Bakının ətraf kəndlərinin abadlaşdırılması, yenidən qurulması və tarixi abidələrinin bərpasını nəzərdə tutan planın icrası davam edir. Bu plan çərçivəsində Prezident İlham Əliyevin göstərişinə əsasən, 2019-cu ildən Bakı şəhərinin və Abşeron rayonunun qəsəbələrində xüsusi abadlaşdırma işlərinə başlanılıb. İlk olaraq Balaxanı qəsəbəsindən başlanan təmir-bərpa işləri  Bibiheybət, Novxanı, Əmircan, Ramana qəsəbələrində də davam edir.

Bir neçə gün əvvəl Prezident və birinci-vitse prezidentin iştirakı ilə Pirşağı qəsəbəsində təmir-bərpa işlərinin bünövrəsi qoyulub. Pirşağı tarixən iqlim terapiyası üçün əlverişli zona hesab olunub. Yekunda ekoloji vəziyyətin də yaxşılaşdırılması hədəf kimi qarşıya qoyulub.

Prezidentlə xanımı təməlqoyma mərasimində - YENİLƏNİB

Qəsəbədə abadlıq işləri həm mövcud binalar üzərində, həm də açıq məkanlarda aparılacaq. Mərkəzi hissədə məscidin qarşısında Şərq bağçılıq ənənələrinə uyğun parkın salınması nəzərdə tutulur. Ənənəvi “Çar-bağ” (Cahar-bağ) prinsipi ilə salınacaq parkın mərkəzində su hövzəsi yerləşdirilib və ondan dörd istiqamətdə yollar ayrılır.

Qəsəbələrdə abadlaşdırma işləri məşğulluğun təminatına da müsbət təsir göstərir. Prosesdə iştirak edənlərin böyük əksəriyyəti məhz yerli sakinlərdən ibarətdir.

Yeni siması ilə postpandemiya dövründə cəlbedici turizm məkanlarından birinə çevrilməyi hədəfləyən qəsəbələrdə tələbata uyğun məhsulların istehsalı da istisna edilmir.

İlham Əliyev və Mehriban Əliyeva Pirşağı qəsəbəsində - YENİLƏNİB + FOTO

Abadlaşdırma zamanı tarixi abidələrin bərpası və aşkarlanması əsas məqsədlərdəndir. Məsələn, Pirşağıda bu mənada bərpa-konservasiya olunacaq abidələrdən biri Hacı Şahverdi hamamıdır. Bu hamam XIX əsrdə Pirşağı qəsəbəsinin sakini Hacı Şahverdi tərəfindən inşa olunub. Yerli əhali arasında o, “Qum hamamı” kimi tanınır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hacı Şahverdi hamamı ilə tanış olublar.

Bu il Mərdəkan, Buzovna və Maştağa qəsəbələrinin də bu prosesə qoşulacağı gözlənilir.

Bakı şəhərinin və Abşeron rayonunun qəsəbələrində həyata keçirilən bu layihələr həm tarixilik, həm də mövcud reallıqlar baxımından xüsusi əhəmiyyət kəsb edir. İlk növbədə, yerli memarlıq məktəbinin üslubları və özünəməxsus rəng çalarları yenidən canlandırılır və gələcək nəsillərə ötürülür.

Ötən il yenidən qurulan Balaxanı qəsəbəsinə səfər edən Prezident İlham Əliyev planın digər qəsəbələri də əhatə edəcəyini bildirib: "Əlbəttə ki, bizim planlarımızda digər qəsəbələrdə görüləcək işlər var, artıq müvafiq göstərişlər verilib. İlkin mərhələdə təqribən 7-8 qəsəbədə buna oxşar layihələr icra ediləcək. Ancaq əlbəttə ki, bunun yüz faiz surəti olmayacaq. Hər bir qəsəbənin özünəməxsus memarlıq üslubu var, tarixi var, tarixi görünüşü var. Ona görə hər bir qəsəbədə aparılan abadlıq işləri gərək yerli sakinlərlə də müzakirə olunsun. İlk növbədə, sakinləri narahat edən problemlər, necə ki, burada infrastruktur - kanalizasiya, dam örtükləri, binaların təmiri, elektrik xətləri, insanların gündəlik qarşılaşdığı digər məsələlər həll olunur. Eyni zamanda təmir-bərpa işləri də mütləq yerli sakinlərin iştirakı və ağsaqqalların tövsiyəsi ilə aparılmalıdır. Çünki ağsaqqallar bu kəndlərin tarixini yaşadırlar, o tarixin canlı şahidləridir. Eyni zamanda gənc nəsil də buna qoşulur ki, hər bir kəndin özünəxas görüntüsü olsun".

Prezident yarımstansiyaların - Açılışında - YENİLƏNİB - FED.az

Prezident İlham Əliyev aprelin 19-da Bakının Suraxanı rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yenidən qurulan 220/110/10 kilovoltluq “Hövsan” yarımstansiyasının açılışında iştirak edib. Dövlət başçısına verilən məlumata görə, 45 il əvvəl tikilən “Hövsan” yarımstansiyası müasir səviyyədə yenidən qurulub, buradakı avadanlıqlar yeniləri ilə əvəz olunub. Yarımstansiya “Şimal” Elektrik Stansiyasında istehsal olunan elektrik enerjisinin ötürülmə keyfiyyətinin artırılmasında, “Abşeron”, “Böyükşor”, “Suraxanı”, “Ramana”, “Əhmədli”, “Qala”, “Zığ” yarımstansiyaları ilə əlaqələnməklə Bakı və Abşeron yarımadasının, xüsusən də Suraxanı, Günəşli, Əhmədli ərazilərinin elektrik enerji təchizatında mühüm rol oynayır.

Ölkə Prezidentinə yenidən qurulan 110/35/6 kilovoltluq “Maştağa” yarımstansiyası barədə də məlumat verilib. Bu yarımstansiya da tam yenidən qurularaq etibarlılığı və dayanıqlılığı artırılıb, istehlakçıların fasiləsiz və keyfiyyətli enerji ilə təchiz edilməsi təmin olunub. Bu yarımstansiya Sabunçu və Xəzər rayonlarının, xüsusən də Maştağa, Buzovna, Bilgəh, Nardaran qəsəbələrini, ümumilikdə 150 min nəfərə yaxın sakini elektrik enerjisi ilə təchiz edəcək.

Bu yarımstansiyalar da Bakı qəsəbələrinin təmi-bərpa planının tərkib hissəsi hesab olunur. Belə ki, qəsəbələrin su, kanalizasiya xidməti, qaz, elektrik enerjisi təchizatı sistemlərinin yenilənməsi də planın mühüm tərkib hissəsidir.

Planın icrası nəticəsində Bakı qəsəbələrinin turizm baxımından cəlbediciliyi artacaq.

“Yeni Müsavat”

Oxşar xəbərlər