Bakı sakininə 6 bıçaq zərbəsi vuruldu

07 Apr 2021 12:34
38

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Ambur.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.

Məlik Aslanov küçəsi, dalan 6 ünvanında yaşayan 1986-cı il təvəllüdlü Nərimanov Elnur Ramiz oğluna naməlum şəxs tərəfindən 6 bıçaq zərbəsi vurulub. Yaralı döş qəfəsinin çoxsaylı kəsilmiş deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Fakt Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırılır.

Oxşar xəbərlər