Bakıda 14 yaşlı qız özünü 9-cu mərtəbədən atıb

15 Okt 2021 02:12
106

Bakıda yeniyetmə intihara cəhd edib.

Ambur.az xəbər verir ki, hadisə Qaradağ rayonunda baş verib.

Müşfiqabad qəsəbəsində 14 yaşlı A.Eyvazova özünü yaşadığı binanın 9-cu mərtəbəsindən atıb. O, təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı A.Eyvazovaya bədənin çoxsaylı sınıqları, müştərək və açıq-kəllə beyin travması diaqnozları qoyulub.

Yaralının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Onda komatik vəziyyət müşahidə olunur.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
 

Oxşar xəbərlər