Bakıda 17 yaşlı qız binadan yıxılıb öldü

04 İyl 2021 11:20
336

Bu gün Bakı şəhəri, Yasamal rayonunda bədbəxt hadisə baş verib.

Ambur.az APA-ya istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda KATV-nin binası yaxınlığındakı binada baş verib.

Binanın 6-cı mərtəbəsində paltar asan 2004-cü il təvəllüdlü Məmmədova Aytac Fərid qızı müvazinətini itirib və yerə düşüb.

Ağır durumda olan A. Məmmədova xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Oxşar xəbərlər