Bakıda 37 yaşlı kişi bir neçə nəfər tərəfindən döyülüb

12 Sen 2021 08:24
132

Bakıda döyülmə hadisəsi baş verib.

Ambur.az “Report”-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Mübahisə zəminində bir neçə nəfər tərəfindən döyülən 1986-cı il təvəllüdlü Bayramov Daşqın Zülfüqarov oğlu təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sol tərəfli qabırğaların sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Oxşar xəbərlər