Bakıda 7 min manatlıq telefon oğurlanıb

29 Sen 2021 15:24
42

Bakıda oğurluq edən şəxs saxlanılıb.

Ambur.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, oğurluq etdiyinə görə tutulan N.Süleymanovun ətrafında Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun Biləcəri qəsəbəsi ərazisində yerləşən telekommunikasiya qovşağına məxsus 110 metr naqili, qapı-pəncərə sexlərinin birindən və bir evdən 6800 manat dəyərində mobil telefon, təmir-tikinti alətləri və inşaat materialları oğurlaması da müəyyən edilib.

Araşdırma aparılır.

Oxşar xəbərlər