Bakıda ağır qəza, Qarabağ qazisi öldü

07 Apr 2022 08:06
117

Nəsimi rayonunda ağır yol qəzası baş verib.

Ambur.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, yol-nəqliyyat hadisəsi Asif Məhərrəmov küçəsində qeydə alınıb. Sürücü Nəbi İsayevin idarə etdiyi “Mercedes” markalı minik avtomobili digər nəqliyyat vasitəsinə çırpılıb.

Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan N.İsayev vəfat edib.

Qeyd edək ki, vəfat edən şəxs Birinci Qarabağ müharibəsi qazisi olub. O, müharibədə bir ayağını itirmişdi.

Oxşar xəbərlər