Bakıda ana və qızı avtomobil qəzasında xəsarət aldı

27 Apr 2021 10:21
185

Bakıda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Ambur.az xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb.

Belə ki, Zaqulbada sürücünün anidən idarəetməni itirməsi səbəbindən 2019-cu il təvəllüdlü Usubova Zeynəb və 1982-ci il təvəllüdlü Usubova Gövhər Xanoğlan qızı xəsarət alıblar.

 

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Onlara bədənin yumşaq toxumalarının əziyi diaqnozu qoyulub.

Faktla bağlı araşdrıma aparılır.

Oxşar xəbərlər