Bakıda avtomobillər toqquşub, xəsarət alanlar var

15 Okt 2021 02:10
55

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ambur.az-ın "Report"-a istinadən məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində sərnişinlər - 1998-ci il təvəllüdlü Bədəlov Ayxan Gəray oğlu və 1981-ci il təvəllüdlü Hüseynova Vüsalə Elxan qızı xəsarət alıblar. Hər iki yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər