Bakıda binanın lift qırılıb - 2 azyaşlı olmaqla 6 nəfər xəsarət alıb

18 İyn 2022 12:37
75

Bakıda çoxmərtəbəli binanın lifti qırılıb, xəsarət alanlar var.

Ambur.az xəbər verir ki, hadisə iyunun 17-si saat 22 radələrində paytaxtın Nizami rayon ərazisində yerləşən “Yeni Ev 7” MTK-ya məxsus çoxmərtəbəli binada qeydə alınıb.

Belə ki, hərəkətdə olan lift qırılaraq şaxtaya çarpılıb. Nəticədə liftin içərisində olan 4 qadın və 2 azyaşlı ağır xəsarətlər alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.

Oxşar xəbərlər