Bakıda iki sərnişin avtobusu toqquşub, ana və oğlu yaralanıb

18 Yan 2022 01:16
70

Bakıda 133 və 165 nömrəli müntəzəm marşrut xətti üzrə iki sərnişin avtobusunun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər xəsarət alıb.

Ambur.az xəbər verir ki, qəza zamanı 1968-ci il təvəllüdlü İbrahimova Nüşabə Əjdər qızı və onun oğlu, 2009-cu il təvəllüdlü Rəhmətov Yusif Elşən oğlu yaralanıb.

Xəstəxanaya yerləşdirilən N. İbrahimovaya hər iki diz oynağının və alın nahiyəsinin əzilməsi, E. Rəhəmətova isə sağ diz və sol bazu oynağının əzilməsi diaqnozu qoyulub.

Oxşar xəbərlər