Bakıda Lənkəran və Astara sənətkarları üçün sərgi təşkil olunub

11 Avq 2021 10:55
403

Bilgəh istirahət mərkəzində Lənkəran və Astara sənətkarlarının əl işlərindən ibarət “Etnobazar” sərgisi təşkil olunub.

Ambur.az bildirir ki, bu barədə Lənkəran Regional Mədəniyyət İdarəsi məlumat yayıb.

Tədbirdə Lənkəran rayonu Haftonu qəsəbə Sənətkarlıq Klubu, Lənkəran rayonu Tatova kənd Sənətkarlıq Klubu və Astara rayonunun sənətkarları iştirak etmişdir.

Sərgi zamanı bölgəyə xas olan həsir, zənbil, toxunma papaq eləcə də bambukdan əl işləri nümayiş edilmişdir.

Oxşar xəbərlər