Bakıda metro yaxınlığında kütləvi dava olub, bıçaqlanan var

15 Okt 2021 09:05
98

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Ambur.az-ın “Report”-a istinadən məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

“Memar Əcəmi” metrostansiyasının yaxınlığında bir neçə nəfərin iştirakı ilə dava olub. Dava zamanı 23 yaşlı Bədəlov Əlimurad Əlövsət oğlu bıçaq xəsarətləri alıb. Yaralı təcili tibbi yardım ilə xəstəxanaya çatdırılıb. Onun bədənində 3 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər