Bakıda polis vətəndaşa hədə-qorxu gəlib, cəriməni nağd ödətdirdi – İDDİA + FOTO

18 Fev 2021 18:10
23

Nəsimi RPİ-nin 19-cu polis şöbəsinin əməkdaşı polis mayoru Q.Məmmədov yerində cəriməni ödəmədiyinə görə vətəndaşı məhkəmə ilə hədələyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
İddialara görə, Nəsimi RPİ-nin 19-cu polis şöbəsinin əməkdaşı polis mayoru Q.Məmmədov Abdullayev Tahir Mirzə oğlunu 15.02.2021 tarixində maska taxmadığına görə cərimələyib. Lakin, polis mayoru T.Abdullayevə məhkəmə ilə hədə-qorxu gələrək, cəriməni yerində nağd ödəməsini tələb edib və ödənişi alandan sonra ərazidən uzaqlaşıb. 
Qeyd edək ki, T.Abdullayevə tərtib olunan protokolun üzərində "100 AZN ödədi" qeyd olunub. 
Daxili İşlər Nazirliyindən Yeniavaz.com-a məsələnin araşdırılacağı bildirildi. 
Xatırladaq ki, Daxili İşlər Nazirliyi daha öncə də bildirmişdi ki, vətəndaşdan yerində pul tələb olunması qanunsuzdur.

/yeniavaz.com/

Oxşar xəbərlər