Bakıda qanunsuz sərnişindaşıma ilə məşğul olan mikroavtobuslar aşkarlanıb

01 Okt 2021 15:26
159

“Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi qanunsuz sərnişindaşıma ilə məşğul olan şəxslərlə mübarizəyə başlayıb”.

Ambur.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.

“Son zamanlar aparılan müşahidələr onu göstərir ki, xüsusilə Bakıətrafı kəndlərdən, metronun “Koroğlu” stansiyası istiqamətində, eləcə də Abşeron və Sumqayıtdan metronun "20 Yanvar" stansiyası istiqamətində sərinişindaşıma ilə məşğul olan mikroavtobusların fəaliyyətləri aşkarlanıb. Daha sonra dövlətin qanuni ictimai nəqliyyatına maneə yaradan və vətəndaşların təhlükəsiz nəqliyyat ehtiyaclarını ödəməyə yönəlmiş bu addımlarla mübarizə tədbirləri həyata keçirilib".

Bir daha bu şəxslərə xəbərdarlıq edirik ki, dövlətin və vətəndaşın yol hərəkəti təhlükəsizliyi baxımından nəzərdə tutulan mənafeyinə xələl gətirən addımlara yol verilməsin. Belə addımlar atmaqla nəzərdə tutulmuş ictimai nəqliyyatın rentabelliyinə təsir etməklə həmin şəxslər süni şəkildə çətinlik yaradaraq işlərə mane yaratmasınlar.

Binə Atıcılıq Mərkəzi istiqamətində qanunsuz sərnişindaşıma ilə məşğul olan 3 mikroavtobus sürücüsü artıq xəttən uzaqlaşdırılıb və lazımi tədbirlər görülüb. Həmin mikroavtobuslar 169A marşrut xəttinə maneçilik yaradırdı”, - o vurğulayıb.
 

Oxşar xəbərlər