Bakıda şəhidin evinin hasarına vurulmuş şəkli yandırılıb - Video

20 İyn 2021 12:36
135

Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsində yaşayan şəhidin şəklini yandırıblar.

Lerik rayonunun Tikəband kəndində anadan olan və sonradan Bakı şəhəri, Suraxanı rayonu Binə qəsəbəsində yaşayan II Qarabağ müharibəsinin şəhidi Tamerlan Süleymanovun yaşadığı evin hasarına vurulan şəklini yandırıblar. Bu barədə Ambur.az-a şəhidin böyük qardaşı Habil Süleymanov məlumat verib. Onun dediklərinə görə, hadisə may ayının 25-də baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə məlumat verib və Suraxanı rayon Polis şöbəsində ondan ərizə alınıb. Üzərindən 25 gündən çox keçməsinə baxmayaraq, hələ də bir xəbər çıxmadığını bildirib.

Oxşar xəbərlər