Bakıda sərxoş sürücü 4 nəfərin ölümünə səbəb olub - Foto

14 İyn 2021 02:41
2094

Novxanı-Sumqayıt yolunda “Range-Rover” qəza törədib.

Ambur.az APA-ya istinadən xəbər verir ki, “Spring” otelin qarşısında Kərbalayev Elşad Məhərrəm oğlu idarə etdiyi 10-CO-002 dövlət nömrə nişanlı “Range-Rover” markalı nəqliyyat vasitəsilə piyadanı vuraraq öldürüb. Hadisə yerindən qaçmağa çalışan sürücü daha sonra “Damas” markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin gücündən “Damas”da olan 3 nəfər ölüb.

Sürücü Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, sərxoşdur.

Qeyd edək ki, E.Kərbalayev “Qurtuluş-93” MMC-nin rəhbəri Məhərrəm Ağayevin kürəkənidir.

Bakıda sərxoş sürücü 4 nəfərin ölümünə səbəb olub -  Foto
Bakıda sərxoş sürücü 4 nəfərin ölümünə səbəb olub -  Foto
Bakıda sərxoş sürücü 4 nəfərin ölümünə səbəb olub -  Foto

Oxşar xəbərlər