Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Ambur.az “Report”a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb. Velosipedlə yolu keçən 2011-ci il təvəllüdlü Cəfərli Vaqif İmran oğlunu avtomobil vurub.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Azyaşlı həkimlərin nəzarətinə götürülüb. Vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.