Bakıya yağan qardan sonra təmizlik - FOTOLAR

27 Fev 2021 12:04
205

Fevralın 24-də Bakı şəhərinə 12 saatdan çox yağan güclü qardan sonra Bakı Şəhər İcra Hakimiyyətinin kommunal xidmətləri tərəfindən operativ tədbirlər həyata keçirilir.

Ambur.az  “Qafqazinfo”ya bildirir ki, istər gecə, istərsə də səhər saatlarında şəhərin prospekt, küçə və yolları kommunal xidmət əməkdaşları tərəfindən təmizlənib.

Səhər saatlarından etibarən paytaxtın kommunal xidmətləri şəhərin müxtəlif ərazilərində operativ təmizlik işlərinin həyata keçirilməsinə başlayıblar.

Kommunal xidmətlərin avtonəqliyyat vasitələri  və əməkdaşları tərəfindən prospekt və küçələrin kənarlarının çirklənmədən təmizlənməsi, səki kənarları, bordürlərin və buradakı işıq dirəklərinin yuyulması, yol kənarlarına yığılan çirkabların təmizlənməsi həyata keçirilib. Küçə və prospektlərdə yerləşən ictimai iaşə və digər obyektlərin fasad və vitrinləri təmizlənib.

Eyni zamanda, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Trestinin əməkdaşları yol kənarlarındakı yaşıllıq zolaqlarını yuyaraq təmizləyib, sınmış ağaclar budanıb, digər lazımi işlər həyata keçirilib.

Oxşar xəbərlər