Baloğlan Əşrəfovun xəstəxanaya getməməsinin səbəbini oğlu açıqladı - VİDEO

08 Fev 2022 11:46
178

Ötən il 69 yaşında COVID-19-dan vəfat edən Əməkdar artist Baloğlan Əşrəfovun oğlu Peyman Əşrəfov “O üz” proqramında qonaq olub.

Ambur.az xəbər verir ki, verilişdə atasının ölümündən danışan Peyman onun xəstəxanaya getməməsinin səbəbini açıqlayıb.

“Deyirdi ki, 70 yaşımı görməyəcəm. Bunu yarızarafat-yarıciddi qəbul etmək istəmirdik, amma müddət keçdikcə görürdük ki, sözlərinin çoxu reallığa çevrilir. Koronavirusa yoluxanda xəstəxanaya getməsi üçün 3-4 dəfə məcbur etmək istədik. Dedi ki, yox, dünyamı dəyişsəm də, el adəti ilə yuyulub, kəfənləmək istəyirəm”, - deyə Əşrəfovun oğlu qeyd edib. 

Qeyd edək ki, evində müalicə alan Baloğlan Əşrəfov ötən ilin aprelində dünyasını dəyişib. Evin yeganə övladı olan Əməkdar artist doğulduğu Masallı rayon Bədəlan kənd qəbiristanlığında, ata-anasının məzarının yanında dəfn edilib.

Oxşar xəbərlər