“Barselona” çempionluq şansını itirdi - VİDEO

17 May 2021 07:55
73

“Barselona” 2020/2021 mövsümü üçün La Liqa çempionluğu şansını itirib.

Kataloniya təmsilçisi mövsümün 37-ci turunda evdə “Selta”ya 1:2 hesabı ilə uduzaraq, 76 xalla 3-cü pillədə qalıb.

 

Əvəzində lider “Atletiko” evdə eyni hesabla “Osasuna”ya qalib gəlib və xalını 83-ə yüksəldib.

“Real Madrid” isə “Atletik” üzərində 1:0 hesablı səfər qələbəsi sayəsində 81 xalla 2-ci pillədə qalıb.

Maraqlıdır ki, son turda qazanacağı nəticədən asılı olmayaraq, “Barselona” 3-cü pillədən yuxarı qalxa bilməyəcək.

Bizimlə əlaqə saxlayın

Oxşar xəbərlər