Baş leytenant Mirxəyal Hüseynov Lənkəran ŞRPŞ DYP Bölməsinə rəis təyin edilib

18 May 2022 07:19
494

Azərbaycanın iki rayonunun Dövlət Yol Polisi Bölməsinə yeni təyinatlar olub.

Ambur.az xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmrlər imzalayıb.

Əmrlərə əsasən, polis kapitanı Samir Quliyev Samux rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin rəisi, polis baş leytenantı Mirxəyal Hüseynov isə Lənkəran rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin rəisi vəzifələrinə təyinat alıblar.  

Qeyd edək ki bir neçə gün əvvəl Samux rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi, polis polkovnik-leytenantı Rafiq Bağırov tutduğu vəzifədən azad edilib. 
 

Oxşar xəbərlər