Beyləqanda pambıq tarlasında çalışan 15 nəfər zəhərlənib

23 İyn 2022 11:04
45

Beyləqanda pambıq tarlasında çalışan 15 nəfər zəhərlənib

Ambur.az-ın APA-ya istinadən əldə etdiyi məlumata görə, pambıq becərməklə məşğul olan 15 rayon sakini zəhərlənmə diaqnozu ilə Beyləqan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onlardan ikisi huşsuz vəziyyətdə xəstəxanaya daxil olub. İlkin müayinələr aparılıb. Vəziyyətləri kafidir.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirib ki, qeyd olunan faktla bağlı hazırda Beyləqan rayon Prokurorluğunda araşdırma aparılır.

TƏBİB-dən APA-ya bildirilib ki, zəhərlənənlər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, onların vəziyyətləri qənatbəxşdir, gün ərzində ambulator müalicə üçün evə buraxılacaqlar.

Oxşar xəbərlər