Biləsuvarda bir kənd neçə gündür işıqsız qalıb

26 Sen 2021 07:15
217

Biləsuvar rayonunun Çaylı kəndi işıqsız qalıb.

Ambur.az-ın "Report"-a istinadən məlumatına görə, iki gün əvvəl rayonda yağan yağışdan sonra kəndin elektrik enerjisi təsərrüfatında fasilələr yaranıb.

Kəndin bir hissəsini elektrik enerjisi ilə təmin edən transformatorda yaranan nasaslıqdan sonra, bu ərazidə olan evlər işıqsız qalıb.

Sakinlərin "Report"un yerli bürosuna verdiyi məlumata görə, problemlə bağlı Biləsuvar Rayon Elektrik Şəbəkəsinə bu barədə məlumat verilsə də, problem hələ həll edilməyib.

Oxşar xəbərlər