Biləsuvarda maşın aşdı - Yaralılar var

01 Avq 2021 16:32
49

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Ambur.az xəbər verir ki, hadisə Biləsuvar-Bəhramtəpə avtomagistralının rayonun Səmədabad kəndindən keçən hissəsində baş verib.

Belə ki, İmişli rayonunun Qızılkənd kəndinin sakini Mahmudov Naib Xudaverdi oğlu idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili ilə hərəkətdə olarkən, maşını yol kənarına aşırıb.

Qəzada sürücü N.Mahmudov və sərnişinləri - Mahmudzadə Sərvinaz Naib qızı və Mahmudov Elşən Əvəz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri və travmalar alıb.

Hadisə yerinə gələn təcili yardım maşını onları Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Müayinə olunan yaralıların vəziyyəti normaldır, onlar həkim nəzarəti altındadır.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər