Biləsuvarda motosiklet qadını vuraraq öldürüb

16 Sen 2021 09:26
40

Biləsuvar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Ambur.az xəbər verir ki, hadisə Biləsuvar şəhərinin mərkəzi hissəsində qeydə alınıb.

Belə ki, 1996-cı il təvəllüdlü Fərid Həsənli idarə etdiyi "Yamaha" markalı motosikletlə rayon sakini, 1962-ci il təvəllüdlü İradə Əhmədovanı vurub.

Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər