Biləsuvarda qadın övladını su kanalına atıb, körpə boğularaq ölüb

14 Avq 2021 12:34
63

Biləsuvar rayonunda dəhşətli hadisə baş verib.

Ambur.az-ın "Report"un Muğan bürosuna istinadən məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun İsmətli kəndində qeydə alınıb.

Belə ki, həmin kənddə yaşayan, 1992-ci il təvəllüdlü Gülər İmanzadə 1 yaşlı övladı Polad İmanzadəni su kanalına atıb. Nəticədə uşaq suda boğulub.

Hazırda hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Hadisənin təfərrüatı dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər