Binə qəsəbəsində şəhid Qardaşxanın xatirəsinə olan bulağın açılışı olub - Foto

10 Noy 2021 12:39
255

Bu gün Bakıda, Binə qəsəbəsində II Qarabağ müharibəsinin könüllü iştirakçısı, şəhid Əhmədli Qardaşxanın xatirəsini əbədiləşdirmək məqsədilə adına inşa edilən bulağın açılışı olub. 

Ambur.az-ın məlumatına görə, tədbirdə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, millət vəkili Sevinc Fətullayeva, şəhidin yaxınları, döyüş yoldaşları, qazilər, digər şəhid valideynləri, tanınmış meyxanaçı Valeh Lerikli, məktəblilər və digər qonaqlar iştirak edib. 

Tədbirdə icra başçısı Əziz Əzizov, şəhidin döyüş yoldaşları digər şəhid valideynləri çıxış edib, məktəblilər şeirlər səsləndirib və sonda bulağın açılışı olub. 

Qeyd edək ki, Qardaşxan Elxan oğlu Əhmədli 12 mart 1996-cı ildə Lənkəran rayonunun Osakücə kəndində anadan olub. 6 yaşına kimi Osaküçə kəndinə olub və daha sonra ata-anası ilə birgə Bakı şəhərin köçüblər. 

2020-ci ilin sentyabr ayında II Qarabağ müharibəsi başladığı zaman Qardaşxan həmin ayın 21-də Lənkəran şəhər Hərbi komissarlığı tərəfindən çağırılır və döyüşə yola salınır. Noyabr ayının 7-dən 8-nə keçən gecə Xocavənddə yerləşən Nərgiz təpə istiqamətində gedən ağır döyüşlər zamanı itkin düşür. Bir müddət Qardaşxandan xəbər çıxmayır. Nəhayət dekabr ayının 19-da Qardaşxanın şəhid olduğu bilinir və nəşi Bakı şəhərinə gətirilir, səhərisi gün böyük izdihamla Binə qəsəbəsində yerləşən "Şəhidlər xiyabanı"da torpağa tapşırılır. Şəhidimizdən 2 aylıq Nişanə adında qız övladı xalqımıza yadigar qalır. Ölümündən sonra "Xocavəndin azad olumasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilir. 

Allah rəhmət eləsin!

Oxşar xəbərlər