“Biz isə bu cılız bədənimizdə 3072 şəhidimizin ağrı-açısını daşıyırıq və bir daha deyirəm Allahu Əkbər“- Şəhid Tərzanın atası -VİDEO

18 Noy 2021 14:07
544

"Bu dərdlərin dözməyində biz İmam Huseyn (ə.s) ağamızdan dərs almışıq. Biz özümüz İmam Huseyn (ə.s) məktəbinin yetirmələriyik, onə görə ki, İmam Huseyn (ə.s) ağamız din yolunda, Quran-a görə 72 şəhid verdi və deyirdi "Allahu Əkbər". Mən də və qalan şəhid ataları bunu özümüzə təsəlli bilirik ki, İmam Huseyn (ə.s) məktəbinin davamçılarıyıq. Biz isə bu cılız bədənimizdə 3072 şəhidimizin ağrı-açısını daşıyırıq və bir daha deyirəm Allahu Əkbər. Vətən sağ olsun!".

Ambur.az-ın məlumatına görə, bunu noyabrın 14-də Lerik rayon Vizəzəmin inzibati ərazisinin Peştətük kəndində Zəfər parkı Memorial Kompleksinin açılışı zamanı rayonun Bibiyani kəndindən olan II Qarabağ müharibəsi şəhidi, gizir Tərzan Haşımovun atası Qəhrəman Haşımov öz çıxışında zamanı deyib:

"Biz torpaq uğrunda şəhid verdik. Torpaq uğrunda şəhid vermək, bu kişilikdəndir. Elə bizim müsəlmançılığımızın kişilik rəmzində də bu var. Ən yaxşı üsullardan odur ki, din yolunda, haqq yolunda şəhid vermək. Biz də torpaq uğrunda, vətənimiz uğrunda balalarımızı şəhid verdik və bununla fəxr edirik. Bu dərdlərin dözməyində biz İmam Huseyn (ə.s) ağamızdan dərs almışıq. Biz özümüz İmam Huseyn (ə.s) məktəbinin yetirmələriyik, onə görə ki, İmam Huseyn (ə.s) ağamız din yolunda, Quran-a görə 72 şəhid verdi və deyirdi "Allahu Əkbər". Mən də və qalan şəhid ataları bunu özümüzə təsəlli bilirik ki, İmam Huseyn (ə.s) məktəbinin davamçılarıyıq. Biz isə bu cılız bədənimizdə 3072 şəhidimizin ağrı-açısını daşıyırıq və bir daha deyirəm Allahu Əkbər. Vətən sağ olsun!"

Həmin videonu təqdim edirik:

Oxşar xəbərlər